AZ

“Qarabağ” Estoniyadakı turnirin qalibi oldu

"Qarabağ"ın 16 yaşadək futbolçulardan ibarət komandası "Tallinn Cup" turnirinin qalibi olub. 

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəşad Sadiqovun yetirmələri Estoniyada keçirilən beynəlxalq turnirdəki son oyununda yerli “Trans Narva” ilə qarşılaşıb. 

Ağdam təmsilçisi bu matçda 2:0 hesabı ilə qalib gəlib. Rəqib qapısına Sahib Əliyev və Fərhad Abbasov yol tapıb.

Turnirdə keçirdiyi 6 oyunun hamısında qələbə qazanan U-16 yarışın qalibi olub. Elşən Nəsirov ən yaxşı qapıçı, Əli İbrahim ən yaxşı oyunçu mükafatına layiq görülüb. Turnirdə “Trans Narva” ikinci, “Olimp” üçüncü yeri tutub.

Qeyd edək ki, "Qarabağ" bunadək “Auda”nı (Latviya) 4:1, “Hasselbi”ni (İsveç) 4:0, “NF Academy”ni (Estoniya) 2:1, “Jarlaberqs”i 3:2, “Olimp”i (Estoniya) 4:1 hesabı ilə məğlub edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
168
27
bizim.media

10Mənbələr