EN

Hava limanının damı uçdu, ölən və yaralananlar var

Hindistanda güclü yağış nəticəsində Dehli hava limanının damı uçub, 1 nəfər ölüb.

KONKRET.az xəbər verir ki, həftə boyu davam edən yağışlar nəticəsində dam uçub, 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.

Dehli hava limanında təcili yardım qrupları yaralananlara tibbi yardım göstərib. Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi “Terminal 1”-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.

“Terminal 3” və Terminal 2″dən bütün gələn və gedən reyslər tam fəaliyyətdədir. “Terminal 1”-in gəliş nöqtəsində də uçuşlar həyata keçirilir. Bununla belə, “Terminal 1”-dən həyata keçirilən uçuşlar yerli vaxtla saat 14.00-a qədər ləğv edilib.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
80
2
konkret.az

6Sources