AZ

Hindistanda hava limanının damı uçdu, ölən və yaralananlar var

Hindistanda güclü yağış nəticəsində Dehli hava limanının damı uçub.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfərin ölüb, 4 nəfər yaralanıb.
 
Təcili yardım qrupları hadisədə yaralananlara tibbi yardım göstərildiyini qeyd ediblər.

Mülki Aviasiya Nazirliyi bildirib ki, yalnız daxili reyslərin həyata keçirildiyi Terminal 1-dən bütün uçuşlar müvəqqəti olaraq dayandırılıb.
 
Dehli Hava Limanından edilən son açıqlamada bütün gələn və gedən relslər təxirə salınıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
azxeber.com

6Mənbələr