Bakı. Trend:
Mənzil bazarında qiymət stabilləşsə də, həyət və bağ evlərinətələb artıb.
Bu barədə Trend-əİqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Qeyd edilib ki, fərdi evlərin və torpaq sahələrinin qiymətiəvvəlki aya nisbətən 2.3 faiz artıb. Yaşayış binalarında vəqeyri-yaşayış sahələrinə tələb və qiymət dəyişməyib.
Qeyri-yaşayış sahələrində 0.6 faiz aylıq artım qeydə alınıb.Yaşayış mənzillərinin kirayə qiymətləri dəyişməsə də, bağ evlərininkirayə qiyməti 4.8 faiz yüksəlib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlakqiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatlarıüzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyəgöstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib.