AZ

Bakıda bu evlər - BAHALAŞDI

Mənzil bazarında qiymət stabilləşsə də, həyət və bağ evlərinə tələb artıb.

FED.az xəbər verir ki, bu barədə  İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Qeyd edilib ki, fərdi evlərin və torpaq sahələrinin qiyməti əvvəlki aya nisbətən 2.3 faiz artıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb və qiymət dəyişməyib.

Qeyri-yaşayış sahələrində 0.6 faiz aylıq artım qeydə alınıb. Yaşayış mənzillərinin kirayə qiymətləri dəyişməsə də, bağ evlərinin kirayə qiyməti 4.8 faiz yüksəlib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 100,6 faiz, o cümlədən, qida məhsulları, içkilər və tütün məmulatları üzrə 99,2 faiz, qeyri-qida malları üzrə 101,2 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,4 faiz təşkil edib. (Trend)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
6
fed.az

7Mənbələr