EN

"Türkiyə uzun müddətdi qrupdan çıxmırdı" - Montella

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının 1/8 final mərhələsinə yüksəldikdən sonra keçirdiyi emosiyaları bölüşüb. 

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssis oyunsonrası açıqlamasında belə deyib:

“Türkiyə uzun müddətdi ki, böyük turnirlərdə qrupdan çıxa bilmirdi, ona görə də çox xoşbəxtik. Bugünkü oyunda yaranan çətinlikləri aradan qaldıra bildik.  İndi qələbədən həzz almaq istəyirik, amma sabahdan diqqətimizi növbəti oyuna yönəldəcəyik - tarix yazmağa davam etmək istəyirik. Bərpa üçün qarşıda altı gün var. Avstriya çox çətin qrupda birinci yeri tutdu. Sürətli, çevik komandadır”.

Türkiyə millisi qrup mərhələsinin son turunda Cenk Tosunun 94-cü dəqiqədə vurduğu qol sayəsində (2:1) Çexiya üzərində qələbə qazanıb. "Dördlüy"ü ikinci pillədə başa vuran Türkiyə 1/8 finalda Avstriya ilə qarşılaşacaq. 

Mirağa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
37
50
fanat.az

10Sources