AZ

Türkiyə millisindən ikinci qol - YENİLƏNİR - VİDEO

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Avstriya və Türkiyə yığmaları arasında 1/8 final görüşündə ikinci hissə başlayıb.

Qaziler.az bildirir ki, ikinci hisədə Türkiyə millisi hesabı 2-0-a çatdırıb.

 

23.05

Bu gün Avro-2024-də 1/8 final mərhələsinə yekun vurulacaq.

QOL.az xəbər verir ki, 4-cü oyun gününə nəzərdə tutulan  2 matçdan biri başa çatıb.

"Allianz Arena"da Rumıniya Niderlandla qarşılaşıb. Almaniyalı Feliks Zvayerin idarə etdiyi görüş Niderland 3:0 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib. "Narıncılar" bu mərhələdə Avstriya - Türkiyə matçının qalibi ilə qarşılaşacaq.

Digər oyun isə "Red Bull Arena"da keçiriləcək. Burada qardaş ölkə Türkiyənin milli komandası Avstriya ilə üz-üzə gələcək. Matçı portuqaliyalı FİFA referisi Artur Diaş idarə edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, bunadək artıq 1/4 finalın 3 cütü müəyyənləşib. İspaniya Almaniya ilə, İngiltərə İsveçrə ilə, Fransa isə Portuqaliya ilə üz-üzə gələcək.

Avro-2024, 1/8 final

 

23:00. Avstriya - Türkiyə - 0:1 (Birinci hissə)

Qol: Merih Demiral, 1

Baş hakim: Artur Diaş (Portuqaliya)

"Red Bull Arena"

20:00. Rumıniya - Niderland - 0:3

Qollar: Kodi Qakpo, 83, Donyell Malen, 83, 90+3

Baş hakim:  Feliks Zvayer (Almaniya)

"Allianz Arena"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
50
qaziler.az

10Mənbələr