Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında üçüncü qol vurulub.
"Report" xəbər verir ki,
Türkiyə yığmasının üzvü Cenk Tosun 90+4-cü dəqiqədə komandasını hesabda önə keçirib - 2:1.
51-ci dəqiqədə isə Hakan Çalhanoğlu fərqlənib.
Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.
Gürcüstan - Portuqaliya matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
***
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda keçirilən Çexiya - Türkiyə matçında hesab bərabərləşib.
"Report" xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek bərabərliyi təmin edib - 1:1.
***
Türkiyə millisi oyunda hesabı açıb.
Musavat.com xəbər verir ki, matçın 51-ci dəqiqəsində Hakan Çalhanoğlu fərqlənib.
***
Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək Çexiya - Türkiyə oyunu üçün heyətlər müəyyənləşib.
Komandalar Bakı vaxtı ilə saat 23:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxıblar:
Çexiya: Stanek, Holes, Hranaç, Kreyçi, Çoufal, Souçek, Provod, Yurasek, Barak, Hitil, Hlozek
Ehtiyat oyunçular: Kovar, Yaros, Zima, Vitik, Şevçik, Şik, Kuçta, Doudera, Çerni, Çoru, Linqr, Çerv, Vlçek, Sulç, Yurasek
Türkiyə: Mərt Günok, Merih Demiral, Samet Akaydin, Arda Gülər, Hakan Çalhanoğlu, Salih Özcan, İsmayıl Yüksək, Mərt Müldür, Kənan Yıldız, Fərdi Kadıoğlu, Barış Alpər Yılmaz.
Ehtiyat oyunçular: Altay Bayındır, Uğurcan Çakır, Zəki Çelik, Okay Yokuşlu, Orkun Kökçü, Kərəm Aktürkoğlu, Cenk Tosun, Yusuf Yazıcı, Əhmədcan Kaplan, İrfan Can Kahveci, Kaan Ayhan, Semih Kılıçsoy, Yunus Akgün, Bertuğ Yıldırım.
****
23:00
Oyun start götürdü.
****
Görüşün 20-ci dəqiqəsində Çexiya yığmasının üzvü Antonio Barak qırmızı vərəqə ilə komandasını meydanda azlıqda qoydu.
Musavat.com