AZ

AVRO-2024: Ən gənc və ən yaşlı

Lamin Yamal daha bir rekorda imza atıb. 16 yaşlı futbolçu AVRO-2024-ün yarımfinal mərhələsində Fransa ilə oyunun start heyətində yer almaqla bunu reallaşdırıb. Lamin Yamal daha bir rekorda imza atıb. Matc.az xəbər verir ki, 16 yaşlı futbolçu AVRO-2024-ün yarımfinal mərhələsində Fransa ilə oyunun start heyətində yer almaqla bunu reallaşdırıb. O, Avropa çempionatları və dünya çempionatlarının yarımfinalında meydana çıxan ən gənc futbolçu ünvanına yiyələnib. “Barselona”nın yarımmüdafiəçisi əfsanəvi braziliyalı Pelenin 1958-ci ildəki dünya çempionatında müəyyən etdiyi rekordu yeniləyib. Fransa ilə oyun günü Pele 17 yaş 244 günlük olub. Fransızlarla qarşılaşmada fərqlənən Yamal həm də Avropa və dünya çempionatları tarixində qol vuran ən gənc oyunçu ünvanını ələ keçirib. İspaniya yığmasının müdafiəçisi Xesus Navas isə ilk dəqiqələrdən meydana çıxmaqla, Avropa çempionatları tarixində yarımfinalda iştirak edən ən yaxşı oyunçu olub. 38 yaşında çıxış edən Navas AVRO-2008-də Almaniya yığmasının heyətində meydana çıxan Yens Lemanndan 3 gün sonra bunu bacarıb. Qeyd edək ki, Fransa üzərində 2:1 hesablı qələbə qazanan İspaniya finala yüksəlib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
7
matc.az

10Mənbələr