EN

Keniyada hökumət əleyhinə etirazlarda Obamanın bacısı yaralandı - ÖLƏNLƏR VAR

Xəbər verdiyimiz kimi Keniyada təklif olunan vergi artımlarına qarşı ümummilli etirazlarla başlayıb. Polis etirazçılara gözyaşardıcı qaz və silahla atəş açıb. Ölkədə vəziyyət sürətlə zorakılığa çevrilib.


Sfera.az bildirir ki, etirazlar zamanı ABŞ-ın 44-cü prezidenti Barak Obamanın ögey bacısı, Keniyada tanınmış fəal Auma Obama da yaralanıb. Keniya prezidenti Uilyam Ruto artıq parlamentə edilən basqınları pisləyib. O, güllələrdən istifadə edən polisin zorakı üsullarına heç bir reaksiya verməyib.

 

Qeyd edək ki, nübahisəli qanun layihəsi "7 Gün Qəzəb" çağırışı ilə geniş etiraz hərəkatına səbəb olub. Keçən həftə Keniya hökuməti bəzi vergi artımlarını, o cümlədən çörəyə təklif edilən 16% əlavə dəyər vergisini, həmçinin avtomobillərə, yemək yağlarına və mobil pul köçürmələrinə vergiləri ləğv etsə də, bu güzəştlər yaşayış xərclərinin artması fonunda etirazları yatırmağa kifayət etməyib.


CNN jurnalistləri polisin etirazçıları güllələdiyini, sonra isə yaralılara kömək etməyə çalışan həkimləri döydüyünü görüblər.


Keniya prezidenti Uilyam Ruto parlamentdəki yanğından sonra milli müraciəti zamanı baş verənlərin milli təhlükəsizliyə ciddi təhlükə yaratdığını bildirib. 

 

“Özünü dinc etirazçı kimi təqdim edən cinayətkarların xalqa, onların seçilmiş nümayəndələrinə və Konstitusiyamızın yaratdığı qurumlara qarşı terror törətməsi və cəzasız qalacağına ümid etməsi qəbuledilməzdir və hətta ağlasığmazdır”- deyə prezident bildirib.


Keniya Müdafiə Nazirliyi hərbçilərin etirazları yatırtmaq üçün yerləşdirildiyini bildirib. İnsan haqları və vətəndaş cəmiyyəti qrupları polisin sərt reaksiyasını tənqid edib.

 

Etiraz aksiyaları zamanı azı 5 nəfər güllələnib, 31 nəfər yaralanıb. Jurnalistlərlə danışarkən polis Auma Obamanın da tərkibində olduğu etirazçılar qrupuna qumbaraatan və gözyaşardıcı qaz atıb.

 

Nəticədə Keniyanın paytaxtı Nayrobidə etirazçılar parlament binasına basqın edərək şəhər meriyasını yandırıblar.


Təhlükəsizlik qüvvələri həmçinin tanınmış keniyalıları, xüsusən də sosial mediada böyük izləyiciləri olanları qaçırmaqda günahlandırılır. “Amnesty International Keniya” etirazlar ərəfəsində gecə vaxtı oğurlanan 12 nəfərin harada olduğunu araşdırdığını bildirib. Siyahıya bloqqerlər, məzmun yaradıcıları, hüquq müdafiəçiləri, həkim və parlament işçisi daxildir. “Amnesty Keniya”nın icraçı direktoru İrunqu Houghton CNN-ə müsahibəsində, insanların gecə yarısı formalı şəxslər tərəfindən oğurlandığını bildirib. 


Qeyd edək ki, etirazların başlaması ötən həftə ABŞ prezidenti Co Bayden Keniyanı “NATO-dan kənar əsas müttəfiq” adlandırması ilə eyni vaxta təsadüf edir. Tarixdə ilk dəfə Saharadan bir Afrika ölkəsi bu statusu alır. ABŞ və Keniya arasında 60 illik diplomatik münasibətlər var.

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
12
sfera.az

10Sources