EN

Rusiyada sərnişin qatarının 9 vaqonu relsdən çıxdı: xəsarət alanlar var

Rusiyanın Komi Respublikasında Vorkuta-Novorossiysk xətti ilə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, qatarın 9 vaqonu relsdən çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib. Hazırda sərnişinlərə yardım üçün tədbirlər görülür.

Bu istiqamətdə bütün qatarların hərəkəti dayandırılıb.

Chosen
133
4
oxu24.com

10Sources