AZ

NASA ilk hip-hop mahnısını Veneraya göndərdi

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "Deep Space Network" sınaqları çərçivəsində Missi Elliottun "The Rain" adlı hip-hop mahnısının sözlərini Veneraya ötürüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yeddi "Qremmi" mükafatının qalibi eksperimentlə bağlı xəbəri sosial şəbəkələrdə paylaşıb.

Bu, istifadəçilərin coşqulu reaksiyasına səbəb olub.

"İndi yadplanetlilər yerüstü hitlərlə rəqs edə biləcəklər", - deyə onlardan biri bildirib.

Sınaq çərçivəsində mahnının yer aldığı mesaj 14 dəqiqə ərzində Veneraya 250 milyon km-dən çox yol qət edib. Eksperiment 2029 və 2031-ci illərdə başlanması planlaşdırılan planetar tədqiqatların nəticələrinin ötürülməsini öyrənmək üçün aparılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
130
3
milli.az

10Mənbələr