EN

Amerika səfirliyinin attaşesinin meyiti Kiyevdə, oteldə tapılıb

Ukrayna polisi ABŞ səfirliyinin attaşesinin ölümü barədə məlumat yayıb.

SİA “Strana” nəşrinə istinadən xəbər verir ki, amerikalı diplomatın meyiti “Kyiv Hilton” otelinin otaqlarından birində tapılıb.

Meyitin bir gün əvvəl saat 11.00 radələrində aşkar edildiyi bildirilir.

Meyitin üzərində heç bir zorakılıq əlaməti olmayıb. Diplomatın adı göstərilmir.

Ukrayna nəşrinin məlumatına görə, diplomat Ukraynaya iyunun 15-də gəlib. ABŞ səfirliyi həmin şəxsin yüksək xolesterolu olduğunu göstərən tibbi sənədlər təqdim edib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
15
18
sia.az

10Sources