Yeni baş məşqçisini hələ də açıqlamayan “Neftçi”, transfer çalışmalarını davam etdirir.
Bizim.Media xəbər verir ki, hələlik transferi dəqiqləşən yalnız Emin Səfərovdur.
Bakılılar bunu rəsmən açıqlamasa da, “Qəbələ” tərəfi yarımmüdafiəçini satdıqlarını rəsmən dilə gətirib.
“Neftçi” Emin üçün bölgə klubuna 300 min manat ödəyib. Futbolçu özü isə ilinə 250 min manat qazanacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media