EN

AFFA kamil Məmmədovu cəzalandırdı

"Neftçi" və "Qarabağ"ın aşağı yaş qrupları üzrə komandalarının oyunları xoşagəlməz hadisələrlə yadda qalıb. Sport24.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
 
U-16 Liqasının "Neftçi" – "Qarabağ" matçında meydan sahiblərinin futbolçusu Kamil Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bu üzdən 1 oyun cəzalandırılıb.
Onun komanda yoldaşı Rauf Abbaslı qarşılaşma bitdikdən sonra təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu iki matçlıq diskvalifikasiya edilib.
U-15 Liqasının "Qarabağ" – "Neftçi" görüşündə meydan sahiblərinin qapıçısı Bilal Hacıyev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1 oyun cəzalandırılıb.

Chosen
68
5
sport24.az

6Sources