AZ

AFFA iki kluba texniki məğlubiyyət verib

AFFA
“Neftçi” və “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarının oyunları xoşagəlməz hadisələrlə yadda qalıb. Trend AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
U-16 Liqasının “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərinin futbolçusu Kamil Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, bu üzdən 1 oyun cəzalandırılıb.

Onun komanda yoldaşı Rauf Abbaslı qarşılaşma bitdikdən sonra təcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu iki matçlıq diskvalifikasiya edilib.

U-15 Liqasının “Qarabağ” – “Neftçi” görüşündə meydan sahiblərinin qapıçısı Bilal Hacıyev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1 oyun cəzalandırılıb.

Seçilən
54
5
1news.az

6Mənbələr