Bakı. Trend:
“Neftçi” və “Qarabağ”ın aşağı yaş qrupları üzrə komandalarınınoyunları xoşagəlməz hadisələrlə yadda qalıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətiaçıqlayıb.
U-16 Liqasının “Neftçi” – “Qarabağ” matçında meydan sahiblərininfutbolçusu Kamil Məmmədov rəqibi aşkar qol vurmaq imkanından məhrumetdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, buüzdən 1 oyun cəzalandırılıb.
Onun komanda yoldaşı Rauf Abbaslı qarşılaşma bitdikdən sonratəcavüzkar davranışa görə qırmızı vərəqə alıb. Futbolçu iki matçlıqdiskvalifikasiya edilib.
U-15 Liqasının “Qarabağ” – “Neftçi” görüşündə meydan sahiblərininqapıçısı Bilal Hacıyev rəqibi aşkar qol vurmaq imkanından məhrumetdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. O, 1oyun cəzalandırılıb.