EN

Fransalı futbolçu "Qarabağ"la yollarını ayıracaq?

"Qarabağ" xeyli vaxtdır razılıq əldə etmək üçün danışıq apardığı futbolçu ilə ortaq məxrəcə gəlib.
 
"Köhlən atlar"la müqaviləsinin müddəti başa çatan Abdulla Zubir Ağdam klubunu tərk etməyəcək.
 
Tərəflər arasında bir neçə aydır davam edən müzakirələrdən müsbət nəticə hasil olub.
 
"10 nömrə" yaxın günlərdə Bakıya gələrək müqavilə imzalayacaq və komanda ilə məşqlərə başlayacaq", - deyə bildirilib.
 
14:04
 
"İyunun 30-da Abdullah Zubirin bizimlə müqavilə müddəti bitir. O, azad agent kimi istənilən kluba gedə bilər".
 
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov 32 yaşlı yarımmüdafiəçinin hazırlıqlara qoşulmaması barədə danışarkən deyib.
 
Klub rəsmisi fransalı oyunçunun komandada qalmasında maraqlı olduqlarını bildirib:
 
"Danışırıq. İnanırıq ki, yaxın günlərdə danışıqları yekunlaşdıracağıq".
 
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən "Qarabağ"da çıxış edir.
Chosen
86
17
moderator.az

10Sources