"Adana Demirspor"la müqaviləsinə xitam verən Şahruddin Məhəmmədəliyev Azərbaycana qayıda bilər.
Belə ki, uzun illər "Qarabağ"ın formasını geyinmiş qapıçı "Sabah"ın danışıqlar aparmaqla bağlı təklifini qəbul edib.
Yenisabah.az Sportinfo.az-ya istinadən xəbər verir ki, millinin "1 nömrə"sinin bu formanı geyinmək üçün Konfrans Liqasının iştirakçısından nə qədər pul istəməsi də bəllidir. "Şah"ın ürəyindən keçən illik məbləğ 300 min dollardır.
Şahruddin Məhəmmədəliyev 3 gün öncə "Adana Demirspor"la müqaviləsini birtərəfli qaydada ləğv edib.
O, 2023-cü ilin sentyabrından Türkiyə Superliqası təmsilçisində oynayırdı. Klubun heyətində 25 rəsmi matçda meydana çıxıb, 40 qol buraxıb, 5 oyunda qapısını toxunulmaz saxlayıb. SEO Nədir
Telegram kanalımız