EN

Samuxda “Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru işdən çıxarıldı

Bakı. Trend:

Samuxda “Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbindirektoru ilə əmək müqaviləsinə xitam verilib.

Bu barədə Trend-əMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumatverilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng”tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimatöncədən göndərilib.

"Bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar damüşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiqəmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbindirektoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib" -məlumatda qeyd edilib.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
7
49
az.trend.az

10Sources