AZ

“Oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən ÇIXARILDI

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.Bu barədə Bakuinfo.net-ə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.Bildirilir ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".Qeyd edək ki, sözügedən məktəbdə keçirilən "Son zəng" tədbirində kriminal həyat tərzini təbliğ edən mahnının səsləndirilməsi barədə görüntülər yayılıb. Məktəbin direktoru Gülsəba Abbasova idi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
21
bakuinfo.net

10Mənbələr