AZ

"Son zəng"də şagirdlərə "Oğru aləmi"nin mahnısını ifa etməyə icazə verən direktor işdən qovuldu

Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru işdən azad olunub.

Oxu.Az xəbər verir ki, bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Bildirilir ki, ümumi təhsil müəssisələrinə "Son Zəng" tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib:

"Təəssüf ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib".

Həmin görüntüləri təqdim edirik:


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
48
big.az

10Mənbələr