EN

Ceyhun Bayramov Qırğız Respublikasının yeni səfirini qəbul edib

24 iyun 2024-cü il tarixində xarici işlər naziri Ceyhun BayramovQırğız Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuşsəfiri Maksat Mamıtkanovu qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, görüş zamanı səfiretimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazirsəfiri təyinat münasibətilə təbrik edib, ona fəaliyyəti müddətindəuğurlar arzulayıb.

Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlıq gündəliyininmüxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, nəqliyyat,humanitar, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi vəbirgə layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsiaparıblar.

Nazir Ceyhun Bayramov ölkələrimiz arasında əsrlər boyu mövcudolan etnik, mədəni, dini bağlara əsaslanan dostluq münasibətlərindədanışaraq, bu əlaqələrin inkişafı perspektivlərini vurğulayıb.Hazırda Azərbaycan və Qırğızıstan arasında bütün səviyyələrdəqarşılıqlı anlaşmanın mövcud olduğunu bildirilib. Ölkərəhbərlərimiz arasında son zamanlar daha da artan təmasların,qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin stratejitərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə əlamətdar olduğuvurğulanıb.

Ölkələrimiz arasında çoxtərəfli platformalarda, xüsusilə də TürkDövlətləri Təşkilatı (TDT), SPECA, İslam Əməkdaşlıq Təşkilatı vədigər regional təşkilatlarda əməkdaşlığın inkişafından məmnunluqifadə olunub. Xüsusilə, TDT çərçivəsində əməkdaşlığın genişperspektivlərinin mövcudluğu, habelə mövcud potensialdan istifadəolunması istiqamətində TDT-yə üzv dövlətlər arasında intensivtəmasların vacibliyi vurğulanıb. Bu xüsusda, TDT-nin cari ilin iyulayında Şuşa şəhərində keçiriləcək növbədənkənar zirvə görüşünün vəoktyabr ayında Bişkekdə keçiriləcək rəsmi sammitin Təşkilatıninkişafına xidmət edəcək təmaslardan biri olacağına dair inam ifadəolunub.

Görüş zamanı, BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində geniş əməkdaşlıq imkanları olduğu qeyd edilib.

Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyinintəqdirəlayiq olduğu, habelə Qırğız Respublikasının təşəbbüsü iləAğdamın Xıdırlı kəndində təməli qoyulmuş orta məktəbin bu dəstəyinbariz nümunəsi olduğu vurğulanıb.

Səfir Maksat Mamıtkanov ölkələrimiz arasında əlaqələrin daha damöhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyinibildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
44
az.trend.az

10Sources