AZ

Amerika Kuboku: B qrupunda növbəti tura adlayan komandalar bəlli oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Amerika Kubokunun qrup mərhələsində üçüncü tur görüşləri davam edir.
Oxu.Az xəbər verir ki, B qrupunda qərarlaşan komandaların görüşündə Yamayka millisi Venesuela yığması ilə, Meksika isə Ekvadorla qarşılşaıb.
Gərgin mübarizə ilə yadda qalan Meksika-Ekvador görüşündə tərəflər çox çalışsalar da, qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
Yamayka-Venesuela görüşü isə nominal qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda qolların hamısı ikinci hissədə vurulub: 1:0 - Belyo, (49`); 2:0 - Rondon (56`); 3:0 - Ramires (85`).
Qeyd edək ki, hər üç görüşdən qalib ayrılan Venesuela millisi növbəti mərhələyə lider kimi yüksəlib. Adını 1/8 finala qrup ikincisi kimi yazdıran komanda isə Ekvador seçməsi olub.
Anar Həsənov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
50
oxu.az

10Mənbələr