Bakı. Trend:
Lənkəranda evdə qadın meyiti aşkar olunub.
Trend xəbər verir ki, bu güngünorta saatlarında Lənkəran şəhərinin Balaməmməd küçəsi 4/2ünvanında qadın meyiti aşkar olunub.
Belə ki, təcili yardım briqadası və hüquq-mühafizə orqanlarınınəməkdaşları adı çəkilən ünvanda olublar. Məlum olub ki, meyitLənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızıRəhimovaya məxsusdur. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.