AZ

Lənkəranda mənzildə 68 yaşlı qadın meyiti tapılıb

Lənkəranda

Lənkəran, 24 iyun, AZƏRTAC

Lənkəranda evdə qadın meyiti aşkar olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün günorta saatlarında Lənkəran şəhərinin Balaməmməd küçəsi 4/2 ünvanında qadın meyiti aşkar olunub.

Təcili yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları adı çəkilən ünvanda olublar. Məlum olub ki, meyit Lənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızı Rəhimovaya məxsusdur.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
2
azertag.az

5Mənbələr