AZ

Lənkəranda mənzildə 68 yaşlı qadının meyiti TAPILDI 

Bu gün günorta saatlarında Lənkəran şəhərinin Balaməmməd küçəsi 4/2 ünvanında yerləşən mənzildə qadın meyiti aşkar olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər veir ki, təcili yardım briqadasının və hüquq-mühafizə orqanlarının əməkdaşları adı çəkilən ünvanda olublar. 

Məlum olub ki, meyit Lənkəran rayon sakini 1956-cı il təvəllüdlü Şərqiyyə Rəhim qızı Rəhimovaya məxsusdur. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. 

Sabutay, Bizim.Media, Cənub bürosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
4
bizim.media

5Mənbələr