EN

«Bank Respublika» və « AccessBank »da əmək haqqı nə qədərdir? – MƏBLƏĞLƏR

Azərbaycanın bank sektorunda biznesin maliyyələşdirilməsi üzrə liderlərdən  olan «Bank Respublika» və «AccessBank»da personala ödənilən orta aylıq əmək haqları məlum olub.

FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Bank Respublika»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 495 manat təşkil edib. «AccessBank»da isə bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 476 manat olub.

Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Bank Respublika»da işçilərin əmək haqqı xərclərinə 48,9 milyon manat sərf edilib. «AccessBank»da isə bu məbləğ 41,9 milyon manat olub.

Chosen
68
6
fed.az

10Sources