AZ

«Rabitəbank» və «Expressbank»da əmək haqları nə qədərdir? – MƏBLƏĞLƏR

Azərbaycanın bank sektorunun aktiv üzvlərindən olan dövlət bankı «Rabitəbank» və «Expressbank»da personala ödənilən orta aylıq əmək haqları məlum olub. 

FED.az-ın hesablamasına görə, 2023-cü ilin nəticələrinə görə, «Rabitəbank»da bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 339 manat təşkil edib. «Expressbank»da isə bir işçiyə çəkilən orta aylıq əmək haqqı xərci 2 330 manat olub. 
Xatırladaq ki, ümumilikdə 2023-cü ildə «Rabitəbank»da işçilərin əmək haqqı xərclərinə 29,2 milyon manat sərf edilib. «Expressbank»da isə bu məbləğ 19,9 milyon manat olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
9
fed.az

10Mənbələr