EN

“Ekoloji problem hələ də qalır, həlli üçün böyük maliyyə lazımdır” - Umayra Tağıyeva

“Ekoloji problem hələ də qalır”.

 

Sfera.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi praktik konfransda deyib.

 

O bildirib ki, problemlərin həlli üçün böyük işlər görülməlidir və bunun üçün böyük maliyyə lazımdır:

 

“Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır . Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkminləşməsi və maarifləndirmə aparılması bəzi müsbət hallar yaradır”.

 

Qurum rəsmisinin sözlərinə görə,  Bakıda orta hesabla bir adama 5 kvadratmetr yaşıllıq düşür:

 

“Burada norma 20-25-dir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır”.

 

Günay 
 

Chosen
93
14
sfera.az

10Sources