“Ekoloji problem hələ də qalır”.
Sfera.az bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirin müavini Umayra Tağıyeva Xankəndidə keçirilən elmi praktik konfransda deyib.
O bildirib ki, problemlərin həlli üçün böyük işlər görülməlidir və bunun üçün böyük maliyyə lazımdır:
“Bunlar mərhələli şəkildə həyata keçirilir. Problemlərin həlli üçün yeni texnoloji işlər aparılır . Ətraf mühitə olan risklər də müşahidə olunur. Qanunvericiliyin təkminləşməsi və maarifləndirmə aparılması bəzi müsbət hallar yaradır”.
Qurum rəsmisinin sözlərinə görə, Bakıda orta hesabla bir adama 5 kvadratmetr yaşıllıq düşür:
“Burada norma 20-25-dir. Görüləsi işlər çoxdur. Yaşıllıqların artırılmasına bütün dövlət orqanları qoşulur. Bu, çox müsbət haldır”.
Günay