EN

Millimizin son iki matçının hakimləri açıqlandı

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. UEFA Bakı və Lozannadakı görüşlərin təyinatlarını açıqlayıb. Qadın futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA Bakı və Lozannadakı görüşlərin təyinatlarını açıqlayıb. B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Macarıstanla ev görüşünü xorvatiyalı, dörd gün sonra İsveçrə ilə səfərdə keçiriləcək qarşılaşmanı isə slovakiyalı hakimlər idarə edəcək. Qeyd edək ki, son iki tur ərəfəsində millimiz 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədi. 12 iyul 20:00. Azərbaycan - Macarıstan Hakimlər: Jelena Pejkoviç, Sanja Rodjak-Karşiç, Gordana Katuşiç, Jelena Kumer (Xorvatiya) Bakı, “Liv Bona Dea Arena” 16 iyul 21:00. İsveçrə - Azərbaycan Hakimlər: Miriama Boçkova, Miroslava Pastorekova, Aleksandra Varqova, Zuzana Valentova (Slovakiya) Lozanna, “Olimpik De La Pontez” stadionu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
16
matc.az

10Sources