EN

Dağıstanda terrorçuların hücumu nəticəsində ölənlərin sayı artıb

Dağıstanda silahlı şəxslər kilsələrə və polis məntəqəsinə hücum edərək 15-dən çox polis zabitini və bir pravoslav keşiş də daxil olmaqla bir neçə mülki şəxsi qətlə yetiriblər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dağıstan respublikasının rəhbəri Sergey Melikov öz şəxsi "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Dağıstanda baş vermiş terror aktı nəticəsində Daxili İşlər Nazirliyinin 15-dən çox əməkdaşı həlak olub. Silahlı şəxslər iki şəhərdə iki pravoslav kilsəsinə və polis postuna atəş açıblar.

Hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb. Bölgədə 3 günlük matəm elan edilib.

Hakimiyyət əks-terror əməliyyatı elan edib, həmçinin terror aktı maddəsi ilə cinayət işi başlayıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
29
36
iqtisadiyyat.az

10Sources