AZ

Dağıstanda terrorçuların hücumu nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Dağıstanda terror aktları nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində yaralananların sayı 22 nəfərə yüksəlib.

Bildirilib ki, Daxili İşlər Nazirliyi 5 terrorçunu məhv edib.

***

09.21

Dağıstanda silahlı şəxslərin kilsələrə və polis məntəqəsinə hücumu nəticəsində ölənlərin sayı artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dağıstan Respublikasının rəhbəri Sergey Melikov öz şəxsi "Telegram" kanalında məlumat yayıb.

Qeyd edilib ki, terrorçular 15 polis zabitini və aralarında pravoslav keşiş də daxil olmaqla bir neçə mülki şəxsi qətlə yetiriblər.

Məlumata görə, silahlı şəxslər iki şəhərdə iki pravoslav kilsəsinə və polis postuna atəş açıblar.

Hadisə nəticəsində ən azı 12 nəfər yaralanıb. Bölgədə 3 günlük matəm elan edilib.

Hökumət əks-terror əməliyyatı elan edib, həmçinin terror aktı maddəsi ilə cinayət işi başlayıb.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
36
iqtisadiyyat.az

10Mənbələr