AZ

Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 23-ə çatıb

Dağıstanda törədilən terror aktlarında ölənlərin sayı ilkin olaraq 23 nəfərə çatıb.

32gub.az bildirir ki, bu barədə “Shot Telegram” kanalı məlumat yayıb. 

Mahaçqalada 14 polis əməkdaşı və bir məbədin mühafizəçisi öldürülüb. Dərbənddə beş polis əməkdaşı, bir pravoslav keşişi və iki sinaqoqun mühafizəçisi var. Siyahılar yenilənir.

Bazar ertəsi respublikada həlak olanların ilk dəfn mərasimi keçiriləcək. Həmçinin, 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib.

Bundan əvvəl MAK Mahaçqala və Dərbənddə antiterror əməliyyatının başa çatdığını elan edib .

İyunun 23-ü axşam saatlarında Dağıstanda silsilə terror aktları baş verib. Dərbənd və Mahaçqalada iki pravoslav kilsəsi, iki sinaqoq və bir yol polisi postu atəşə tutulub.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
36
32gun.az

10Mənbələr