EN

Dağıstanda 15-dən çox polis həlak olub: 3 günlük matəm elan edilib

Sergey Melikov: “Bir neçə mülki şəxs həlak olub”
Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarında həlak olub. Bu barədə AYNA Rusiya mediasına istinadən bildirir. Qeyd edilib ki, bir neçə mülki şəxs də terror aktlarının qurbanı olub.
Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib ki, sülh və əmin-amanlığı müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı olub.
“Bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib”, - deyə Melikov vurğulayıb.

Chosen
99
8
ayna.az

9Sources