AZ

Dağıstanda 3 günlük matəm elan edilib VİDEO

Dağıstanda

Bakı, 24 iyun, AZƏRTAC

Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs də həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.

"Dağıstanın sülh və əmin-amanlığını müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı oldu", - deyə region rəhbəri teleqram kanalında yayımladığı videoda qeyd edib.

O əlavə edib ki, bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib.

Seçilən
92
8
azertag.az

9Mənbələr