AZ

Dağıstanda 15-dən çox polis əməkdaşı öldürülüb, 3 gün matəm elan edilib

Dağıstanda

Bakı, 24 iyun, AZƏRTAC

Dağıstanda 15-dən çox polis əməkdaşı terror aktlarının qurbanı olub, bir neçə mülki şəxs də həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Sergey Melikov bildirib.

"Dağıstanın sülh və əmin-amanlığını müdafiə edən 15-dən çox polis əməkdaşı terror aktının qurbanı oldu", - deyə region rəhbəri teleqram

kanalında yayımladığı videoda qeyd edib.

O əlavə edib ki, bir neçə mülki şəxs həlak olub. Respublikada iyunun 24, 25 və 26-sı matəm günləri elan edilib.

22:55

Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Dağıstan Respublikası Müftiliyi teleqram kanalında bildirib.

Daha 25 nəfərin xəsarət aldığı qeyd edilib.

“Qəddarlıqla törədilən terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və adi vətəndaşlar olub”, - deyə

məlumatda deyilir.

Müftilik həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Sizinlə birlikdə yas tutur və Uca Yaradandan səbir diləyirik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
50
azertag.az

10Mənbələr