EN

Polis rəisi də həlak olub


Dərbənddə silahlılarla toqquşma davam edir.

 

Bu barədə Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, şəhərdə terrorçularla silahlı toqquşma davam edir, köməyə gələn "Dagestanskie Oqni" rayonunun polis idarəsinin rəisi həlak olub.

 

Qeyd edək ki, Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində terror hücumu baş verib. Mahaçqalada polisə hücum olub, Dərbənddə isə kilsə və sinaqoqa silahlı hücum təşkil olunub.

 

Nəticədə 7-si polis olmaqla, 9 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilir.

 

Milli Antiterror Komitəsi respublika ərazisində əksterror əməliyyatı rejimi tətbiq edib.

 

APA

Tarix: 24 İyun 2024, 00:13   
Chosen
118
50
pravda.az

10Sources