EN

Ağdamda avtomobil velosipedlə hərəkətdə olan yeniyetməni vurdu

Ağdamda minik avtomobili velosipedlə hərəkətdə olan 15 yaşlı yeniyetməni vurub.

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

2009-cu il təvəllüdlü Vüsal Ramil oğlu Hüseynli velosipedlə yolu keçmək istəyərkən "90-UX-771" dövlət qeydiyyat nişanlı "Mercedes-Benz" markalı minik avtomobili onu vurub. SEO Xidməti

Vüsal Hüseynli təcili-tibbi yardım maşını ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Chosen
100
6
yenisabah.az

10Sources