AZ

Ağdamda velosiped sürən 15 yaşlı uşağı maşın vurdu - FOTO 

Ağdamda minik avtomobili velosipedlə hərəktdə olan 15 yaşlı uşağı vurub.

Referans.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. 2009-cu il təvəllüdlü Hüseynli Vüsal Ramil oğlu velosipedlə yolu keçmək istəyərkən 90-UX-771 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı minik avtomobili onu vurub.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan V.Hüseynli Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardım gösdərildikdən sonra vəziyyəti ağır olduğundan Bərdəyə aparılıb.

Faktla bağlı araşdırma aparılır.






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
3
referans.az

10Mənbələr