EN

Daha 46 idman təşkilatına lisenziya verildi

Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir.

Prosport.Az xəbər verir ki, federasiya tərəfindən 46 idman təşkilatına 5 il müddətinə lisenziya verilib.

Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-nin idman direktoru Kamran Talıbov və İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən təşkilatları təbrik edib.

Chosen
85
13
prosport.az

10Sources