AZ

Cüdo Federasiyası 46 təşkilata 5 illik lisenziya verib

Azərbaycan Cüdo Federasiyası idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir. Sport24.az xəbər verir ki, ACF tərəfindən 46 idman təşkilatına beş il müddətinə lisenziya verilib.
 
Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.
 
ACF-in İdman direktoru Kamran Talıbov və ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
13
sport24.az

10Mənbələr