EN

Azərbaycan Tatarıstanda 7-ci oldu

Tatarıstanın paytaxtı Kazanda keçirilən BRICS Oyunları beynəlxalq multiidman yarışını Azərbaycan 7-ci sırada başa vurub.

Prosport.Az xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (92 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüb.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komanda isə bürünc medala layiq görülüb.

Cüdoçulardan Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olub.

Ümumilikdə idmançılarımız yarışı 34 medalla başa vurub. Mükafatlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Chosen
138
14
prosport.az

10Sources