AZ

FərdiAzərbaycan Rusiyadakı beynəlxalq turnirdə medal sıralamasında 7-ci olub

Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarına yekun vurulub.

"Far.Az" xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov (86 kq) gümüş, Nəbi İsgəndərov (67 kq), Mirşərif Kazımzadə (75 kq), Tural Sarıyev (92 kq) və Vətən Hüseynli (92 kq) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan komandası gümüş medal qazanıb. Şpaqa üzrə qızlardan ibarət komanda bürünc medala layiq görülüb.

Cüdoçulardan Musa Huseynli (90 kq) və Camal Feyziyev (+100 kq) bürünc medala sahib olublar.

Ümumilikdə idmançılarımız yarışı 34 medalla başa vurublar. Mükafatlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bu nəticə ilə Azərbaycan oyunlarda medal qazanan 32 ölkə arasında 7-ci yeri tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
14
far.az

10Mənbələr