EN

“Bir şey baş verərsə, niyə deməliyik?” - Qriqorçukdan “Neftçi” ilə bağlı suala qəribə cavab

Son günlər həm rəhbərsiz, həm də baş məşqçisiz qalması üzündən bütün diqqətlər “Neftçi”yə yönəlib.

Az qala hər gün baş məşqçi postuna yeni namizədin adı çəkilir. Miodraq Bojoviçə Roman Qriqorçuk da varis ola bilər.

Mütəxəssisin vaxtilə ölkəmizdə çalışması şübhələri artırır. Ukraynalı çalışdırıcının Azərbaycan futboluna yad sima olmaması,“Qəbələ”ni iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıması və bu nəticələrlə klub tarixinə düşməsi ehtimalları artırır. Bəs Qriqorçuk “Neftçi”nin təklifinə necə yanaşır? Roman Qriqorçukun “Football-plus.az”a cavabı:

“Şərhsiz. Bununla bağlı hələ ki nəsə bildirməyəcəm”.

Mütəxəssis “Azərbaycanda ikinci dəfə klub çalışdırmaq fikriniz varmı” sualımıza isə belə reaksiya verdi:

“Bir şey baş verərsə, niyə deməliyik?”

RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
1
football-plus.az

10Sources