AZ

“Bu il də başqa klubların azarkeşləri güləcək bizə” – “Neftçi” azarkeşi bədbindi

Fərrux Mahmudovun istefasından sonra boş qalan “Neftçi”nin baş icraçı direktoru postuna bu gün türkiyəli Cenk Sümer təyin olundu.

İstanbul nəhənglərindən biri “Beşiktaş”ın idarəçilik sistemində ad çıxarmış, həmçinin klubun vitse-prezidenti vəzifəsini tutmuş Sümerin “ağ-qaralar”a gəlişi ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Futbolsevərlər həm bu təyinat, həm də Müşahidə Şurasının yeni tərkibi barədə fikirlərini klubun sosial şəbəkə hesabının şərh bölməsində bildiriblər. “Football-plus.az” həmin şərhlərdən bəzilərini təqdim edir.

“MŞ-də heç olmasa, bir vakant yeri azarkeşlərin seçimiylə etmək olmazdı? Şuranın digər üzvləri kluba nə kimi fayda verəcəyinə dair bilgi və ya açıqlama versəydilər, yaxşı olardı”.


“Heç olmasa, bunun futboldan başı çıxır”?

“MŞ-də adı çəkilənlərin arasında keçmiş futbolçu niyə yoxdu? Futbol anlayışı olmayan nəyi və kimi müşahidə edəcək? Bu nə təcrübələrdi “Neftçi” üzərində aparırsız? Baş məşqçi axtarmaqdansa, boş-boş vəzifələr doldurursuz. Sizin işiniz Xəzər dənizində akula axtarmağa dönüb. Ağzınızın içində Tərlan Əhmədovu qoyub, düşmüsünüz xarici məşqçi axtarışına. Tərlan sərf etmir ona görə. Xaricdən gələnlə "atkat" söhbəti etmək olacaq. Roman Qriqorçukun da, başqalarının da verəcəyi nəticənin üstünü Tərlan Əhmədov da verə bilər, həm də az maaşla. Amma sizlər milyonlar xərcləyib xarici mütəxəssiz axtaracaqsız, o da gəlib qonorarını alıb axırda da deyəcək ki: “Nə bilim, alınmadı”.


“Heç nə. Bu il də başqa klubların azarkeşləri güləcək bizə”.


“Bu da mövsümün ortasında deyəcək ki, “başımız baza tikməyə qarışıb”.


“Müşahidə Şurasında mütləq futbol adamları təmsil edilməlidi. Ən azı bir nəfər fəal azarkeşlərdən biri də orda təmsil olunmalıdı. Baş icraçı direktor vəzifəsinə ən layiqli namizəd, məncə, Tahir Süleymanov idi”.

“Allah “Neftçi”yə rəhm eləsin, çünki bu şəxslər etməyəcək”.

“MŞ yenə ləğv olunmadı. Vahid idarəetmə sistemi yoxdu. Bir Fərrux Mahmudov getdi, bütün səhvlər də onun ayağına yazıldı. Bir sözlə, köhnə hamam, köhnə tas”.


“Görək də necə olacaq. Nə deyirik, xeyirli-uğurlu olsun.Təki hər şey yaxşı olsun, inşallah”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
50
football-plus.az

10Mənbələr