AZ

Qriqorçuk transfer çalışmasına başladı: Görün “Neftçi”yə kimi gətirir

Yeni mövsümün açılışını bu gün edən “Neftçi” transfer çalışmalarına başlayıb.

Publika.az xəbər verir ki, “ağ-qaralar”ın yeni baş məşqçisi Roman Qriqorçuk şəxsən 2 futbolçunun transferi ilə məşğul olur.

Ukraynalı mütəxəssis rəhbərlikdən həm vətənindən yaxşı tanıdığı, həm Azərbaycan futboluna yad olmayan oyunçuların transfer edilməsini tələb edib. Bu xəbərdə onlardan biri haqqında bəhs edəcəyik. Digəri haqda isə az sonra məlumatlı olacaqsınız.

Onlarıdan biri futbol üzrə milli komandamızın üzvü və hazırda “Polissya” klubunda çıxış edən Emil Mustafayevdir. 22 yaşlı universal yarımmüdafiəçi Ukrayna futbolundakı vəziyyətdən narahatdır və bu ölkədə özünü rahat hiss etmir. Ona görə də bir müddətdir yeni klub axtarışlarını aparır. O, Avropada çıxış etməkdə maraqlı olsa da, vətəni Azərbaycanın aparıcı klublarında çıxış etmək variantına qarşı deyil.

Onun “Neftçi”yə gələcəyi olduqca real görünür. Çünki Qriqorçuk hələ Ukraynada olan zaman Emilə zəng edərək onu “Neftçi”də görmək istədiyini bildirib və futbolçuya bu klubla danışıqlar aparmağı məsləhət görüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
publika.az

10Mənbələr