Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyun baş tutub.
,F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.
Qarşılaşma "ay-ulduzlular"ın məğlubiyyəti ilə bitib - 0:3.
Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.
Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.
Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.
xxx
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında üçüncü qol vurulub.
Brunu Fernandeş 56-cı dəqiqədə növbəti dəfə "ay-ulduzlular"ı məyus edib.
Hazırda Portuqaliya komandası 3:0 hesabı ilə öndədir.
XXXFutbol üzrə 2024-cü il Avropa çempionatının F qrupunda Türkiyə və Portuqaliya milliləri arasında görüşün start fiti səsləndirilib.
Demokrat.az xəbər verir ki, qarşılaşmanı almaniyalı hakimlər briqadası idarə edir.
Qeyd edək ki, ilk oyunda Türkiyə Gürcüstanı 3:1, Portuqaliya isə Çexiyanı 2:1 hesabı ilə məğlub edib.
10Sources
-
regionxeberlericom.azTürkiyə Portuqaliyaya uduzdu - Yenilənib ( 7849892)
-
adalet.azAVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub - YENİLƏNİB ( 7849385)
-
far.azİdmanAVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub ( 7849013)
-
demokrat.azAVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub — YENİLƏNİB (VİDEO) ( 7848461)
-
moderator.azAVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub etdi ( 7848278)
-
nuhcixan.azAVRO-2024: Türkiyə millisi Portuqaliyaya uduzub ( 7848167)
-
hakimiyyet.azAVRO-2024: Portuqaliya Türkiyəni böyük hesabla məğlub edib ( 7848149)
-
heftelik.azAVRO-2024: Türkiyə Portuqaliya ilə bacarmadı ( 7848047)
-
msport.azTürkiyə millisi uduzdu, Portuqaliya 1/8 finalda ( 7848011)
-
xezerxeber.azPortuqaliya Türkiyəyə 3 cavabsız qolla qalib gəldiAVRO-2024 ( 7848008)