AZ

AVRO-2024: Türkiyə Portuqaliya ilə bacarmadı

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində daha bir oyunu baş tutub.

Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, F qrupunun II turunda Türkiyə millisi Portuqaliya ilə üz-üzə gəlib.

Qarşılaşma “ay-ulduzlular”ın məğlubiyyəti ilə bitib – 0:3.

Qolları 21-ci dəqiqədə Bernardu Silva, 29-cu dəqiqədə Samet Akaydın (öz qapısına), 56-cı dəqiqədə Brunu Fernandeş vurub.

Türkiyə ilk matçda Gürcüstana (3:1), Portuqaliya isə Çexiyaya (2:1) qalib gəlmişdi.

Portuqaliya yığması xallarının sayını altıya çatdırıb və 1/8 finala vəsiqəni təmin edib. Türkiyə millisi üç xalla ikinci pillədə qərarlaşıb. Gürcüstan və Çexiyanın hərəyə bir xalı var.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
16
heftelik.az

10Mənbələr